Norveçdə vikinqlər dövrünə aid qılınc tapıldı

MARAQLI 11 iyn 2022, 18:15
Norveçdə həvəskar arxeoloq vikinqlər dövrünə aid qılıncın bir hissəsini tapıb.

Demokrat.az xəbər verir ki, bu barədə “N+1” nəşri məlumat yayıb.

VIII-XI əsrlərdə Avropada düz, birəlli qılınclar geniş yayılmışdı. Silah tarixçiləri onları “Karolinq qılıncı” adlandırırlar. 1-1,5 kiloqrama qədər çəkisi olan bu qılıncların uzunluğu bir metrə qədər olur. Bu qılınclar əsasən Frank dövlətinin ərazisində hazırlanır, bütün Avropaya ixrac edilirdi.

Alimlərin fikrincə, qılınc təxminən 800-cü illərdə Frank dövləti ərazisində və ya Britaniyada hazırlanıb. Onun skandinaviyalı usta tərəfindən düzəldilməsi ehtimalı var. Arxeoloqlar konservasiya işləri başa çatdıqdan sonra daha dəqiq cavab verə biləcəklərini bildiriblər.

Rza
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top