Qarabağda erməniləri ruslar silahlandırır?

GÜNDƏM 10 iyn 2022, 21:18

İl yarımdan çoxdur ki, müharibə başa çatıb, lakin hələ də bölgədə qanunsuz erməni silahlıları qalır. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 4-cü maddəsini yerinə yetirməkdən boyun qaçıran Rusiya sülhməramlı kontingenti “Artsax ordusu”nu tərki-silah etmək əvəzinə, separatçıları silah-sursatla təmin etməkdən çəkinmir.

Yenisabah.az-a açıqlamasında ehtiyatda olan mayor Ədalət Verdiyev Qarabağ ərazisində təxminən 2 minlik qeyri-nizami qüvvənin qaldığını ehtimal edir:

“Müharibə zamanı həmin ərazidə daha çox silahlı var idi və onların geri çəkilməsindən sonra Ağdam, Laçın və Kəlbəcərdə olan texnika və silah-sursatın məhz Xankəndinə toplandığı ehtimal olunur. Hazırda onların Qarabağ ərazisindən çıxarılmasına dair heç bir siqnal yoxdur.

Təminatda azalmalar ola bilər. Amma sülhməramlıların vasitəsi ilə təchizatın bərpasını kimsə istisna etmir. Çünki həmin silahlıların Qarabağda qalmasına zəmanəti birbaşa Rusiya sülhməramlı kontingenti verir.

Onların gözü qabağında separatçıların təxribat qrupu Hadrut istiqamətində təxribat törətmiş, əsgər və mülki şəxslərə xəsarət yetirmişdi. Bu zaman 62 erməni əsir götürüldü. 

Bu cür məsələlərdə sülhməramlıların daha çox erməni silahlıların tərəfini tutduğuna şübhəmiz yoxdur. Araik Arutyunyanın Kəlbəcərə gəlib-getməsi də birmənalı olaraq sülhməramlıların “ayı xidməti”dir”.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top