Əkizlərdən birini xəstəxanada oğurlayıblar — İDDİA

SOSİAL 10 iyn 2022, 19:59
Xırdalandakı xəstəxanalardan biri ilə bağlı şok iddia üzə çıxıb.

Sİmvol.az xəbər verir ki, zərərçəkmiş Xəyalə Abbasova “Xəzər” televiziyasında yayımlanan “Təsir dairəsi” verlişinə müraciət edərək bildirib ki,12 il əvvəl Xırdalandakı xəstəxanaların birində övlad dünyaya gətirib.

Hamiləliyinin 7-ci ayına qədər keçdiyi ultrasəs müayinələri bətnində əkiz uşaq olduğunu göstərsə də, doğumdan sonra həkimlər ona bir uşaq veriblər.

Uşağın nənəsi 10 gün sonra ultrasəs müayinəsində görünən ikinci uşaq haqqında məlumat əldə etmək üçün xəstəxanaya mürəciət etdikdə, xəstəxanadan cavab olaraq ultrasəs müayinələrinin səhv göstərdiyi və bətində əvvəldən bir uşaq olduğu bildirilib.

Ailəyə verilmiş uşağın hazırda 12 yaşı var, adı İsmayıldır.

Ailə illərdir digər uşağın xəstəxanada qaldığını və başqa ailəyə verildiyini iddia edir.

Xəyalə Abbasovanın verdiyi məlumata görə, həmin vaxt doğumu həyata keçirən həkim hal-hazırda “Vital Klinika”da işləyən Nailə Əzizovadır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top