“Peyvənd olunmağa ehtiyac yoxdur” — AÇIQLAMA

GÜNDƏM 10 iyn 2022, 17:36
Son zamanlar sosial mediada meymunçiçəyi virusuna görə səyahətlərə yenidən məhdudiyyət qoyulacağı ilə bağlı iddialar səsləndirilməkdədir. Xüsusilə də, “TikTok”da bununla bağlı videolar yayılıb. Hətta, abunəçilərdən biri izləyicilərini "meymunçiçəyi qapanmalarına və zorakılıqlarına hazır olmağa" çağırıb. Bəzi videolarda isə “Covid-19” dövrünə aid "Evdə qalın, həyat qurtarın" şüarı yazılıb. Yeni virusla bağlı narahatlıqlar başadüşülən olsa da, alimlər onun “Covid-19”-dan fərqləndiyini, yoluxuculuq qabiliyyətinin daha az olduğunu bildirirlər.

Qeyd edək ki, meymunçiçəyi üçün xüsusi peyvənd olmasa da, artıq bir neçə ölkə çiçək xəstəliyinə qarşı peyvənd ehtiyatı topladıqlarını bildirib. Hətta, COVID-19-a qarşı təsirli peyvənd istehsalı ilə tanınan “Moderna” şirkəti meymunçiçəyi xəstəliyinə qarşı vaksinin hazırlanmasına başladığını elan edib. Bəs, ölkəmizdə insanların bu xəstəliyə qarşı peyvənd olunmasına ehtiyac varmı? 

Suallımızı cavablandıran infeksionist həkim Mərdan Əliyev Demokrat.az-a açıqlamasında bildirib ki, hazırda peyvənd olunmağa ehtiyac yoxdur:



“Əgər ehtiyac olarsa,o zaman peyvənd olunmaq olar. Ancaq hələlik bu virusun yayılma ehtimalı azdır. Meymunçiçəyi yayılan ərazilərə getmək istəyən şəxslər isə peyvənd oluna bilərlər. Ölkəmizdə isə hələlik peyvənd olunmağa ehtiyac yoxdur”.

Aynurə Pənahqızı
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 avq 2022, 00:45
Top