"Rusiya və Ukraynadan kənd təsərrüfatı məhsulları, gübrələrin dünya bazarlarına çatdırılmaması səbəbindən yaranan ərzaq böhranı 2023-cü ildə qlobal fəlakət təhlükəsi yaradır".
Demokrat.azxəbər verir ki, bunu BMT-nin Ticarət və İxracın İnkişafı üzrə Konfransının sədri Rebekka Qrinspan mətbuat konfransında deyib.
"Mövcud ərzaq böhranı 2023-cü ildə sürətlə qlobal ərzaq fəlakətinə çevrilə bilər. Enerji qiymətləri artıb və Qara dəniz regionundan gübrə ixracına qoyulan məhdudiyyətlər gübrə qiymətlərinin ərzaq qiymətlərindən daha sürətlə artmasına səbəb olub", - o deyib.
Grinspan qeyd edib ki, əgər növbəti əkinlərə qədər münaqişə davam edərsə, taxıl və gübrə qiymətləri yüksək olarsa, onda mövcud böhran digər əsas məhsullara da keçə bilər.
O bildirib ki,hadisələrin bu cür inkişafının qarşısını almaq üçün Ukraynadan ərzaq məhsulları, eləcə də Rusiyadan gələn ərzaq və gübrələri dünya bazarlarına qaytarmaq lazımdır.
Leyla Demokrat.az

