Jurnalistikaya qəbul olmaq istəyənlərin NƏZƏRİNƏ

SOSİAL 08 iyn 2022, 12:37
Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarının jurnalistika üzrə ixtisaslaşmalarına qəbul üçün qeydiyyatdan keçən bakalavrlara müraciət edib.

DİM-dən verilən məlumata görə, Mərkəzin internet saytında sorğu anketini doldurmaqla qeydiyyatdan keçənlər "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib götürməli və iyunun 9‑dan etibarən vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər. Yalnız qabiliyyət imtahanından “məqbul” qiymət alan bakalavrlar ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə magistratura ixtisaslaşmalarını seçmək hüququ qazanacaqlar.

Bundan əlavə, magistraturaya qəbul olmaq üçün 68, 69 və 70 saylı proqramları seçən bakalavrlar da "Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə bilərlər. Müsabiqə şərtlərini ödəyən və ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 68, 69 və 70 saylı proqramlarına aid xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyatı 1-3 iyun tarixlərində aparılıb. Qeydiyyatdan keçən bakalavrlar “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edib 10–17 iyun tarixlərində vərəqədə göstərilən ünvanda qabiliyyət imtahanında iştirak etməlidirlər.

Rza
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
19 avq 2022, 14:21
Top