ƏƏSMN-də bir qrup qazi ilə görüş oldu — FOTOLAR

SOSİAL 06 iyn 2022, 23:06
Bir qrup Vətən müharibəsi qazisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində olub.

Nazirlikdən Demokrat.az-a  verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev qazilərlə görüşüb:

"İştirakçılar ölkədə şəhid ailələri və qazilərin sosial müdafiəsi sahəsində aparılan işlərdən razılıqlarını bildiriblər.

Qazilər Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə müharibədən sonra şəhid ailələri və müharibə iştirakçılarının geniş miqyaslı və çevik sosial dəstək tədbirləri ilə əhatə olunması üçün görülən tədbirlərə görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

44 günlük Vətən müharibəsinin qaziləri – Vətən Müharibəsi Qəhrəmanı Vüsal Yaqubov postmüharibə dövründə şəhid ailələri və qazilərin rifahının yaxşılaşdılması üçün ardıcıl şəkildə həyata keçirilən tədbirlərin bu kateqoriyadan olan vətəndaşlara xüsusi qayğıdan xəbər verdiyini vurğulayıb.

Həmçinin qazilər Qurbanəli İslamov, Namiq Seyfəddinli, Nurlan Mazanov, Allahverən Nurəliyev, Mobil Əhmədzadə, Əvəz Banipaşa, Elvin Vəliyev, Vasif Məlikov, Elşən Lalayev, Məhəmmədli Baxışov və digərləri müharibədən sonra qazilərin mənzillə, avtomobillə, işlə, reabilitasiya xidmətləri ilə təminatı və s. istiqamətlərdə aparılan işlərdən razılıq ifadə ediblər.

Onlar həmçinin qazilər hələ müalicə olunarkən ziyarət edildiklərini və müalicə müddətindən dərhal sonra operativ şəkildə sənədləşmə aparılmaqla əlilliklərinin qiymətləndirilməsinin aparılmasının, Vətən müharibəsində yaralanaraq əzalarını itirmiş qazilərin son nəsil protezlərlə təmin olunmasının və s. təqdirəlayiq olduğunu qeyd ediblər.

Görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Prezident İlham Əliyevin göstərişi ilə şəhid ailələri, müharibə iştirakçıları ilə bağlı nazirliyin sosial dəstək paketinin hazırda da davam etdirildiyini bildirib.

Qeyd edib ki, bu sosial dəstək paketi artıq 100 min şəxsi əhatə edib, onlara 175 min xidmət göstərilib. Həmin şəxslərdən 93 min şəxsə proaktiv qaydada
103 min sosial ödəniş təyin olunub. Müalicə müddəti başa çatan qazilərdən artıq 3 min şəxsə əlillik dərəcələri və avtomatik şəkildə sosial ödənişlər təyin edilib.

Bildirilib ki, 44 günlük Vətən müharibəsindən sonra həmin müharibənin şəhidlərinin ailələrinin və qazilərinin də mənzillə təminatına başlanıb. Postmüharibə dövründə 3500, ümumilikdə ötən dövrdə 12500 şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlə təmin edilib.

Vətən müharibəsinin 200 hərbçisi, ümumilikdə 300 müharibə əlili yüksək texnologiyalı son nəsil protezlərlə təmin olunub. 1400 müharibə əlilinə 18 mindən çox reabilitasiya vasitəsi verilib. 5 min ailə sosial-psixoloji, 2500 qazimiz reabilitasiya xidmətləri ilə təmin edilib. Artıq 11 mindən çox qazini və şəhid ailəsini şəxs aktiv məşğulluq proqramlarına cəlb edib. Son 4 ildə 1450-dək, ümumilikdə ötən dövrdə 7400 müharibə əlilinə avtomobil verilib.

Son illərdə şəhid ailələri və müharibə əlillərinə yönələn sosial ödənişlərin də dəfələrlə artırdlığı vurğulanıb. 29 dekabr 2021-ci il tarixli sərəncamla "Müharibə veteranı" adı verilmiş veteranlara Prezidentin aylıq təqaüdünün təyinatı prosesi icra olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində də bir çox əməkdaşın Vətən müharibəsinin qaziləri olduğu, həmçinin əlilliyinin qiymətləndirlməsi sistemində də müharibədə iştirak etmiş həkim ekspertlərin çalışdığı qeyd edilib.

Şəhid ailələri və qazilərimizlə bağlı sosial dəstək tədbirlərinin bundan sonra da davam etdiriləcəyi vurğulanıb".












 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top