İntihar edən əsgərlə bağlı YENİ FAKTLAR

HƏRBİ 05 iyn 2022, 23:55
Bu gün avtomat silahdan atəş açaraq intihar edən Azərbaycan Ordusunun əsgəri Abdullazadə Səid Məzahir oğlu barədə bəzi faktlar məlum olub.

Mərhum əsgərin yaxınları Modern.az-a bildiriblər ki, Səid Abdullazadə Şamaxı rayonunun Məlikçobanlı kəndində doğulub boya-başa çatıb.

Ailədə dörd uşaq olublar - 2 bacı, 2 qardaş. O, hərbi xidmətə yollanarkən sağlıq durumunda heç bir problem olmayıb. S.Abdullazadə ailəsi ilə telefon əlaqəsi saxlayarkən xidmət zamanı nədənsə şikayətinin olub-olmaması barədə danışmayıb.

Əsgərin yaxınları onun hansı səbəbdən intihar etməsindən xəbərsizdirlər. 

Məlumata görə, intihar edən hərbi qulluqçu oktyabr ayında tərxis olunacaqdı.

Qeyd edək ki, əsgər Səid Abdullazadənin özünə qəsd etməsinin səbəbi araşdırılır. Faktla bağlı cinayət işi açılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top