Murad Arifin həyətinə girən ayı balası barədə nazirlikdən açıqlama — VİDEO

SOSİAL 04 iyn 2022, 17:23
Xəbər verdiyimiz kimi, Bakıda bəstəkar-müğənni Murad Arifin bağ evindəki həyətinə ayı balası girib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev məsələ barədə bildirib ki, Sumqayıt şəhərinin Saray bağları ərazisində sakinlərin həyətinə daxil olan ayı balası  Abşeron Rayon Polis İdarəsinin, Saray Polis bölməsinin əməkdaşları tərəfindən götürülərək Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarına təhvil verilib.

O qeyd edib ki, hazırda ayı balasının Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına göndərilməsi üçün tədbirlər görülür:

“Ayı balası klinikada bir müddət reabilitasiya keçdikdən sonra vəhşi təbiətə buraxılacaq”.

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Saray bağları ərazisindəki həyətlərə ayı balasının daxil olması ilə bağlı  görüntülər yayılmışdı.

 




Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

Top