Ohanyanın əmlakı müsadirə edilə bilər

REGİON 31 may 2022, 08:56
Ermənistan hüquq-mühafizə orqanları bu ölkənin sabiq müdafiə naziri Seyran Ohanyanın 3,5 milyon dollarlıq əmlakını və vəsaitini müsadirə etmək niyyətindədir.

Demokrat.az xəbər verir ki, Ermənistan prokurorluğu sabiq müdafiə naziri, parlamentdəki “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyanın əmlakının müsadirə edilməsi ilə bağlı iddia qaldırıb.

Məhkəmə qanunsuz əldə olunmuş əmlakın müsadirəsi ilə bağlı iddianı icraata qəbul edib.

Məhkəmənin müsadirə edəcəyi əmlaklar sırasında ictimai əhəmiyyətli iki torpaq sahəsi, Vahaqni rayonunda malikanə və bir lüks avtomobil var.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top