Luqanskda evakuasiya maşınına atəş açıldı, fransız jurnalist öldürüldü — FOTO

GÜNDƏM 30 may 2022, 19:34
Luqansk vilayətində Rusiya ordusu evakuasiya maşınına atəş açıb, bir fransız jurnalist həlak olub.

Demokrat.az UNİAN-a istinadən bildirir ki, bu barədə Luqansk vilayətinin Luqansk vilayətnin icra hakimi Serhi Qayday "Telegram" kanalında məlumat verib.

"Bu gün zirehli təxliyyə maşınımız bölgədən 10 nəfəri götürmək niyyətində idi və düşmən atəşinə məruz qalıb. Mərmi parçaları maşının zirehini deşib, evakuasiya barədə reportaj hazırlayan akkreditə olunmuş fransız jurnalisti boyun nahiyəsindən ölümcül yaralanıb”, - Qayday bildirib.

O əlavə edib ki, evakuasiya rəsmi olaraq dayandırılıb.

Severodonetsk yaxınlığında dünyasını dəyişən fransız jurnalistin adı Frederik Leklerdir. BFMTV kanalında işləyib.


Leyla
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top