UEFA Çempionlar Liqasının finalı ilə bağlı araşdırmalara başladı

İDMAN 29 may 2022, 17:57
Avropanın ali futbol qurumu UEFA polis, hakimiyyət orqanları və Fransa Futbol Federasiyası ilə birlikdə Çempionlar Liqasının finalından öncə baş verən iğtişaşlarla bağlı vəziyyəti təcili nəzərdən keçirəcək.

Demokrat.az
xəbər verir ki, Fransanın paytaxtı Parisdə İngiltərənin “Liverpul” və İspaniyanın “Real” komandaları arasında Çempionlar Liqasının final matçının başlanması stadionun girişində azarkeşlərin təhlükəsizliyi ilə bağlı yaranan problemlər səbəbindən 37 dəqiqə gecikib.

UEFA-nın rəsmi saytının yaydığı press-relizdə bunlar qeyd olunub: “Oyundan əvvəl saxta bilet alan minlərlə azarkeş turniketləri bağlayıb. Bu, izdihamlı azarkeşlərin içəri girməyə çalışmasına səbəb olub. Oyun başlayandan sonra stadiondan kənarda insanların sayı artmaqda davam etdiyi üçün polis onları gözyaşardıcı qazdan istifadə edərək dağıdıb və stadionu tərk etməyə məcbur edib. UEFA bu hadisələrdən zərər çəkənlərə görə təəssüf hissi keçirir və təcili olaraq Fransa polisi, hakimiyyət orqanları, eləcə də Fransa Futbol Federasiyası ilə bu problemləri həll edəcək”. 

Xatırladaq ki, ötən gecə "Real" Çempionlar Liqasının finalında "Liverpul"a 1:0 hesabı ilə qalib gələrək tarixində 14-cü dəfə turnirin qalibi olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top