Ukrayna səfirindən Azərbaycana TƏBRİK

XARİCİ SİYASƏT 28 may 2022, 11:06
Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib.

Demokrat.az xəbər verir ki, səfirin rəsmi tviter hesabında edilən paylaşımda deyilir:

“Azərbaycanın Müstəqillik Gününü səmimi qəlbdən təbrik edirəm. Bu çətin günlərdə Ukraynaya göstərilən dəstəyə görə Azərbaycana minnətdarıq. Dost Azərbaycan xalqına sülh və firavanlıq arzu edirik və hər iki ölkə üçün faydalı olan güclü əlaqələrin genişləndirilməsinə ümid edirik”.

Kərim
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top