Ukrayna 15-16 iyunda Brüsseldə keçiriləcək Şimali Atlantika Şurasının müdafiə nazirləri səviyyəsində iclasında iştirak etmək üçün dəvət olunub.
Demokrat.az “Ukrinform”a istinadən xəbər verir ki,bu barədə NATO-nun saytındaməlumat verilib .
Şimali Atlantika Şurasının (NAC) müdafiə nazirləri səviyyəsində iclasının 15-16 iyun tarixlərində NATO-nun Brüsseldəki mənzil-qərargahında baş katib Yens Stoltenberqin sədrliyi ilə keçiriləcəyigözlənilir.
"Görüş iyunun 15-də tərəfdaşların dəvət olunduğu işçi naharla başlayacaq: Finlandiya, Gürcüstan, İsveç, Ukrayna və Avropa İttifaqı.
İyunun 16-da müttəfiq nazirlər arasında daha iki sessiya (NAC) keçiriləcək", - məlumatda deyilir.
Leyla Demokrat.az

