Vahid Ələkbərov sanksiyalara görə Niderlanddakı tərsanəsindən məhrum oldu

GÜNDƏM 26 may 2022, 21:18
Milyarder Vahid Ələkbərov iki superyaxtasının inşa edildiyi Niderlanddakı  “Heesen Yachts” gəmiqayırma zavodundan imtina etməli olub. İş adamı tərsanəni müstəqil fonda təhvil verib.

Razılaşmanın şərtləri hələlik məlum deyil.

Qeyd edək ki, “Heesen Yachts” 1978-ci ildən fəaliyyyət göstərir. Ələkbərov tərsanəni 2008-ci ildə onun təsisçisi Frans Heesendən 100 milyon avroya alıb. “Heesen”də uzunluğu 30 m-dən 70 m-ə qədər olan yaxtalar hazırlanır. Hər il tərsanə üç və ya dörd yaxta istehsal edir./oxu.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top