DSX hərbçisinin ölümü ilə bağlı rəsmi AÇIQLAMA

GÜNDƏM 26 may 2022, 18:49
Hərbi Prokurorluq DSX hərbçisinin intiharına münasibət bildirib.

Qurumdan bildirilib ki, bu gün Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, baş çavuş Şirəliyev Canmirzə Çingiz oğlunun həmin gün özünü asaraq öldürməsi barədə Füzuli hərbi prokurorluğuna məlumat daxil olub.

“Daxil olmuş məlumat əsasında Füzuli hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb, müvafiq ekspertizalar təyin olunub və digər zəruri hərəkətlər yerinə yetirilib.

Hazırda Füzuli hərbi prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.
Hərbi Prokurorluğun rəhbərliyi səbəbindən asılı olmayaraq istənilən ölüm faktının araşdırılmasını nəzarətə götürür və hərtərəfli, tam və obyektiv araşdırma aparılması təmin olunur”, - məlumatda deyilir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top