Salyanda şahmat üzrə rayon birinciliyi keçirildi — FOTOLAR

SOSİAL 26 may 2022, 17:14
19-26  may  2022-ci il tarixlərdə Salyan rayon Gənclər və İdman İdarəsi və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Salyan rayon Uşaq Gənclər İdman Şahmat Məktəbində  28 May Müstəqillik Gününə həsr edilmiş şahmat idman növü üzrə rayon birinciliyi keçirilmişdir. 

Demokrat.az xəbər verir ki, bu gün Salyan rayon Uşaq Gənclər İdman Şahmat Məktəbində birinciliyin qalibləri və fərqlənmiş iştirakçıları ilə görüş keçirilmiş və 28 May Müstəqillik Gününə həsr edilmiş şahmat idman növü üzrə rayon birinciliyinə yekun vurulmuşdur.

Tədbirdə ilk öncə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov bildirdi ki, çoxəsrlik tarixi olan xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindən biri olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması XX əsrin əvvəlində Azərbaycan xalqının milli özünüdərkinin, oyanışının məntiqi nəticəsi idi. Qarşısına müstəqil, azad və demokratik respublika qurmaq kimi şərəfli vəzifə qoymuş ilk milli hökumət 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirdi.

Sonra çıxış edən Salyan rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Bilal Ələkbərov bildirdi ki, 28 May – Müstəqillik  günü Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Çoxəsrlik dövlətçilik ənənələrimizin davamı olan Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Azərbaycan Xalq Cümhuriyyəti 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi.

Sonda qaliblər və fərqlənmiş iştirakçılar Salyan rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edildilər.



Malik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top