Rusiya nefti daşıyan tankerlər alıcı tapa bilmir — Sayları rekord həddə çatdı

REGİON 24 may 2022, 17:53
Dənizdə tankerlərdə olan təxminən 62 milyon barel Rusiyanın “Urals” markalı nefti alıcı tapa bilmir.

Bu barədə “Reuters” agentliyi neft bazarı üzrə ixtisaslaşan “Vortexa” analitiklərinin məlumatlarına istinadən məlumat yayıb. Dənizdə neftin bu həcmi xüsusi əməliyyat başlamazdan əvvəlki dövrlə müqayisədə üç dəfə çoxdur.

Analitiklər bildirirlər ki, hazırda alıcısı olmayan tankerlərin sayı onların ümumi sayının 15%-ni təşkil edir və bu rekord göstəricidir.

“Reuters” bildirir ki, əgər bazar iştirakçılarının göstərdikləri rəqəmlərə inansaq, Rusiya neftinin (o cümlədən neft məhsulları) ixracı bu ilin fevral ayındakı gündəlik 7,9 milyon barel həcmindən mayın əvvəlinə 6,7 milyon barrelə qədər azalıb.

Agentlik energetika üzrə mütəxəssis Kley Seyqldən sitat gətirib: “KİV-lərin başlıqlarında Rusiya ixracının hələ də böyük olması ilə bağlı rəqəmlər real vəziyyəti əks etdirmir. Çünki əslində Rusiya neftinin bir hissəsi dənizdə yığılmaqda davam edir”.

Bir sıra alıcılar Rusiya neftini almaqdan çəkinirlər, digər alıcılar isə Ukrayna ərazisində hərbi əməliyyata cavab olaraq Rusiyanın enerji resurslarından istifadəni könüllü olaraq azaltmağa başlayıblar. Bundan əlavə hazırda Rusiya neftinə qarşı tətbiq ediləcək embarqo müzakirə edilir, lakin sənəd hələ yekunlaşmayıb.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top