Avtomobildə cinsi əlaqədə olan cütlük onlara xəbərdarlıq edən polisin üstündən keçdi (VİDEO)

DÜNYA 21 may 2022, 21:26
Tailandın paytaxtı Banqkokda maskalı cütlük küçənin kənarında park edilmiş avtomobilində ətrafdan keçən sakinləri veclərinə almadan cinsi əlaqədə olub.

Bu vaxt ətrafdakıların şikayətindən sonra polis cütlüyə xəbərdarlıq etmək üçün avtomobilə yaxınlaşıb. Amma kişi olan sürücü qaza basdıqdan sonra ərazini tərk edərkən polisi avtomobili ilə əzib. 

Ərazidə olan şahidlərin sözlərinə görə, polisə “Bizə qarışa bilməzsən” deyən avtomobilin sürücüsü ona tərəf getməyə başlayıb. Polis maşının altında qalarkən, avtomobil sürətlə ərazidən uzaqlaşıb.

Avtomobilin dövlət nömrə nişanı alınıb və ətrafdakı təhlükəsizlik kameraları izlənilib.  Polislər cütlüyü tutmaq üçün işə başlayıb. Cütlüyün tutulacağı təqdirdə həbs olunacağı gözlənilir./32gun.az/

 


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top