“Nuru Paşanın adına Gəncədə küçə verilməsi və Bakıda heykəlinin qoyulmasını istərdik”

GÜNDƏM 21 may 2022, 11:40
“Nuru Paşa Azərbaycan üçün tarixi şəxsiyyətdir, bu ölkədə onu çox sevirlər. Onun adının Gəncədə böyük prospektlərin birinə verilməsi və Bakıda heykəlinin ucaldılması arzuolunandır”. 

Bunu Gununsesi.info-ya eksklüziv açıqlamasında Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk  ictimaiyyətin  müxtəlif təbəqələrinin  Nuru Paşanın adının əbədiləşdirilməsi ilə bağlı çağrışlarına münasibətində söyləyib.

Azərbaycanın 1918-ci ildə elan dövlətinin sərhədlərinin yaranmasında Nuru Paşanın müstəsna rolunun olduğunu deyən Zəki Öztürk onun Azərbaycana gəlişini də xatırladıb: “O zaman Nağı Bəy Şeyxzamanlının Ənvər Paşaya xahişi ilə Nuru Paşa buraya gəldi.  Gəncədən başlanan savaşda 13 şəhid verildi. Biz ötən həftə həmin şəhidlərin abidəsi üçün Gəncədə təməl qoyduq.  Bu gün  Nuru Paşanın adına Yevlaxda küçə var. Ancaq  hesab edirəm ki, Gəncədə də onun adına böyük prospektlərdən biri verilsə yaxşı olardı. Mən bunu Gəncənin rəhbərliyi ilə də müzakirə etmişəm. Ümid edirəm ki, həm onun adına prospekt verilməsi, həm də Bakıda heykəlinin qoyulması Azərbaycan xalqının ona olan sevgisinin rəsmi isbatı olardı”. 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top