“Chessable Masters”: Şəhriyar Məmmədyarov növbəti görüşlərini keçirəcək

İDMAN 21 may 2022, 09:48
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının dördüncü mərhələsində növbəti görüşlərini keçirəcək.

Demokrat.az xəbər verir ki, 37 yaşlı qrossmeyster "Chessable Masters" adlanan turnirin IX turunda ağ fiqurlarla norveçli Aryan Tari ilə üz-üzə gələcək.

Məmmədyarov X turda isveçli Nils Qrandeliusla qara, XI turda hindistanlı Rameşbabu Praqqnanandha ilə ağ fiqurlarla oynayacaq. Təcrübəli şahmatçı XII turda digər hindistanlı rəqibi Pentala Harikrişna ilə qarşılaşacaq. O, qara fiqurlarla mübarizə aparacaq.

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır. 9 xala malik Məmmədyarov 8 görüşdən sonra Qrandeliusla birlikdə 10-11-ci yerləri bölüşdürür. "Chessable Masters"də 16 zəka sahibi çıxış edir.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 apr 2024, 09:08
Top