Odessaya raket atıldı, yanğın başladı

GÜNDƏM 20 may 2022, 21:20
Odessa vilayətində Rusiya raketinin infrastruktur obyektini vurması nəticəsində yanğın baş verib.

Demokrat.az "Ukrinform"a istinadən  xəbər verir ki, bu barədə Telegram -da Odessa Şəhər Şurasının mətbuat xidməti  məlumat yayıb.

“Rusiya raketinin Odessa vilayətində infrastruktur obyektlərindən birini vurması nəticəsində yanğın baş verib və xilasedicilər hadisə yerində işləyir”, - məlumatda deyilir.

Yaxınlıqdakı yaşayış məntəqələrində əhalinin həyat və sağlamlığı üçün hər hansı təhlükənin olmadığı qeyd edilir.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top