"Vilayət Eyvazov dedi ki, Qadir İbrahimli..."

GÜNDƏM 20 may 2022, 20:41
"Heç kimə bənzəməyən, fərqli adam idi Qadir müəllim. Sevdiyi adamları qorumağı da bacarırdı, onlarla qürur duymağı da..."- bu sözləri DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev yazıb. O, bu gün vəfat edən edən tanınmış jurnalist Qadir İbrahimliyə Daxili İşlər Naziri Vilayət Eyvazovun xüsusi ehtiramı olduğunu vurğulayıb:

"Gəncə şəhərindən tanıdığı bir müəllim dostunun övladı Polis Akademiyasının müsabiqə vaxtına 5 gün gecikmişdi. Müsabiqə başa çatmışdı. Zəng vurdu ki, kömək lazımdır. Baxmayaraq ki, çox gec idi. Ancaq onun adı olan yerdə o məsələlər həmişə həll edilirdi, bu barədə yuxarı rəhbərliyə deyəndə; "kömək edin, həll edin.. Qadir müəllim heç kimə bənzəməyən, təmənnasız adamdır...".

"Onu hamı elə tanıyırdı. Allah rəhmət eləsin.

Fəxrlə anılacaq, şərtsiz dost öhdəliyi olan Qadir müəllim!"- Elşad Hacıyev yazıb.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top