Rəşad Dağlı meyxanasına görə üzr istədi — VİDEO

ŞOU-BİZNES 15 may 2022, 21:33
Xəbər verdiyimiz kimi, tanınmış meyxanaçı Rəşad Dağlının üzr videosu yayılıb.

Demokrat.az
"azxeber.com"a istinadən xəbər verir ki, Rəşad Dağlı meyxana bədahətən olduğu üçün dindarlara qarşı yanlışlığa yol verdiyini etiraf edib.

"Masallıda toyların birində meyxanaçı Rəhmanla deyişməmiz olub. Əvvəlki toyların birində Rəhman mənə bir bənd meyxana demişdi, bu toyda da onu xatırlatdı. Mən də ona cavab vermişəm. Sözün bədahətən olmasına görə fikrimi düzgün çatdıra bilməmişəm. Bu da dindarlar arasında haqlı olaraq narazılığa səbəb olub.

Məni tanıyanlar bilir, seyid nəslindənəm, bu yolun tərəfdarıyam, Məşhəd və Kərbəla ziyarətlərində olmuşam, həmişə çalışmışam, dini təbliğ edim. Qardaşlarım bilsinlər ki, heç də həmin tərbiyədə, əxlaqda deyiləm, üzrxahlığımı qəbul etsinlər”, - deyə meyxanaçı bildirib.

Meyxanadan həmin hissəni təqdim edir:

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top