İspaniya Ukrayna əvəzinə "Avroviziya-2023"ə ev sahibliyi etməyi təklif etdi

GÜNDƏM 15 may 2022, 12:53
İspaniya 2023-cü ildə "Avroviziya" beynəlxalq mahnı müsabiqəsinə ev sahibliyi etməyə hazırdır.

Bu barədə İspaniyanın "RTVE" dövlət teleradio şirkətinin kommunikasiyalar üzrə direktoru Mariya Eisaqirre deyib.

"RTVE" [gələn ilki yarışmanın] teşkilində Ukraynaya hər cür dəstək olmağı təklif edir və əgər ehtiyac olarsa, biz növbəti “Avroviziya”ya ev sahibliyi etməyə hazırıq", - deyə M.Eisaqirre bildirib.

Qeyd edək ki, İtaliyanın Turin şəhərində keçirilən 66-cı mahnı müsabiqəsində Ukraynanın "Kalush Orchestra" qrupu “Stefaniya” mahnısı ilə qalib olub.

Demoktat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top