Ərdoğan: “Qarabağ müharibəsi informasiya müharibəsində həmrəyliyin əhəmiyyətini göstərdi”

XARİCİ SİYASƏT 14 may 2022, 13:03
“İkinci Qarabağ müharibəsi zamanı yayılan şayiələr, dezinformasiyalar bizə bu məsələdə həmrəyliyin əhəmiyyətini göstərmiş oldu”.

Demokrat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətlər Təşkilatının (TDT) media və informasiyadan məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin İstanbulda keçirilən 4-cü toplantısına göndərdiyi videomüraciətində bildirib.

"44 gün ərzində çox çətin mübarizə aparıldı. Bu təcrübə bir daha onu göstərir ki, “Dördüncü hakimiyyət” olan media bəzi qüvvələrin əlində manipulyasiya alətinə çevrilib”, - o deyib.

Rza
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top