Ukraynada ilk dəfə rus əsgər məhkəməyə çıxarıldı

REGİON 13 may 2022, 19:00
Ukraynada ilk dəfə bir rus əsgər məhkəmə qarşısına çıxarılaraq ittiham olunub.

Demokrat.az xəbər verir ki, 21 yaşlı Vadim Şişimarin Sumı şəhərində 62 yaşlı ukraynalını öldürməkdə ittiham olunur. 

Məhkəmədə rus əsgərin təhlükəsizliyi yüksək səviyyədə təmin edilib.

Vadim Şişimarini 15 ilədək və ya ömürlük həbs gözləyir.

Qeyd edək ki, rus əsgərin növbəti mhəkəməsi mayın 18-də baş tutacaq.

Malik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top