Türkiyənin Parisdəki Baş Konsulluğuna əl bombası atılıb

REGİON 12 may 2022, 23:23
Türkiyənin Parisdəki Baş Konsulluğuna naməlum şəxs və ya şəxslər tərəfindən kustar üsulla hazırlanmış əl bombası atılıb.

İnsident zamanı konsulluğun binasına ziyan dəyib. Binasının divarları və pəncərələri zədələnsə də, xəsarət alan olmayıb.

Paris polisi hücumda istifadə edilən partlayıcının növünü müəyyən etmək və hadisəni törədənləri tutmaq üçün genişmiqyaslı araşdırmaya başlayıb və ərazini mühasirəyə alıb.

Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib./oxu.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top