Ukraynada ölən uşaqların sayı açıqlandı

GÜNDƏM 12 may 2022, 21:30
Rusiyanın Ukraynadakı müharibəsi təkcə ötən ay ərzində  ən azı 100 uşağın ölümünə səbəb olub.

Demokrat.az “Ukrinform" a istinadən bildirir ki, bu barədə BMT Təhlükəsizlik Şurasının iclası zamanı BMT-nin Uşaq Fondunun (UNICEF) icraçı direktorunun müavini Ömər Abdi danışıb.

“Hər gün daha çox ukraynalı uşaq bu müharibənin dəhşətləri ilə üzləşir. Təkcə keçən ay BMT azı yüzlərlə uşağın öldüyünü təsdiqləyib. Əsl ölənlərin sayının daha çox olduğuna inanırıq”, - deyə Abdi bildirib.

Onun sözlərinə görə, daha çox uşaq yaralanıb, milyonlarla insan evlərini tərk etmək məcburiyyətində qalıb

"Ukraynadakı müharibə, bütün müharibələr kimi, müdafiə və uşaq hüquqlarının böhranıdır", - diplomat bildirib.

Mayın 11-nə olan məlumata görə, Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı silahlı təcavüzü nəticəsində 226 uşaq həlak olub, 417 uşaq yaralanıb .

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top