Füzulidə Heydər Əliyevin xatirəsi yad edildi — FOTOLAR

SOSİAL 10 may 2022, 13:36
Füzuli rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü böyük təntənə ilə qeyd olunub.

Demokrat.az xəbər verir ki, Horadiz şəhəri Heydər Əliyev Parkında kerçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, şəhid ailələri, müharibə iştirakçıları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, icra nümayəndəliklərinin, bələdiyyələrin əməkdaşları və ictimaiyyət nümayəndələri işytirak ediblər.

Minlərlə füzulili  Ulu öndərin abidəsi önünə gül dəstələri düzərək Heydər Əliyevə öz sevgi və ehtiramlarını nümayiş etdiriblər.

Heydər Əliyev Parkının qarşısında quraşdırılan monitorda Ulu öndərin həyat və fəaliyyətinin əks etdirən video nümayiş etdirilib, həzin musiqilər səsləndirilib, şeirlər oxunub.

Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü rayonun idarə, müəssisə və təşkilatlarında silsilə tədbirlərlə qeyd edilib.







Məlik
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top