BMT Ukraynadakı vəziyyətlə bağlı xüsusi iclas keçirəcək

GÜNDƏM 09 may 2022, 19:28
BMT-nin İnsan Hüquqları Şurası mayın 12-də Ukraynadakı vəziyyətlə bağlı xüsusi sessiya keçirəcək.

Bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) məlumat yayıb.

Kiyevin təşəbbüsü ilə iclasın keçirilməsi Şuraya üzv olan 47 ölkədən 16-sı tərəfindən dəstəklənib. Bundan əlavə, Şuranın üzvü olmayan daha 36 ölkə növbədənkənar sessiyanın çağırılmasının lehinə çıxış edib.

Növbədənkənar sessiyada Rusiyanın apardığı müharibədən sonra Ukraynada insan haqları ilə bağlı vəziyyətin pisləşməsi müzakirə olunacaq.

Aprelin 7-də BMT Baş Assambleyası Ukrayna üzrə xüsusi sessiyası zamanı Rusiyanın İnsan Hüquqları Şurasındakı üzvlüyünü dayandırmaq üçün qətnamə qəbul edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top