İnəklərə toxunmayan bəbir hər kəsi şoka saldı — FOTOLAR

MARAQLI 09 may 2022, 19:00
Hindistanda qeyri-adi olay yaşanıb.

Demokrat.az xəbər verir ki, kəndlərin birində inəklərin tövləsinə hər gün bir bəbirin girdiyi və inəklərə toxunmadan oradan ayrıldığı məlum olub. İnəklərin sahibi ilk əvvəl bəbirin inəklərin tövləsinə girdiyini gördükdə çox qorxub, daha sonra isə bəbirin inəklərin heç birinə toxunmadan geri qayıtdığını müşahidə edib. 

Həmin şəxs burada birr sirrin olduğunu düşünüb. Aparılan araşdırmalardan sonra məlum olub ki, bu bəbirin anası bir hücumda öldürülüb, ondan sonra anasız qalan bəbir buradakı inəklərin birini anası sanıb və buna görə də hər gecə inəklərin yanına gəlib.

Qeyd edək ki, məlum olay hətta polislərin belə təəccübünə səbəb olub.



Malik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top