Jurnalist Aytən Məmmədova ona edilən hücumdan danışdı — VİDEO

GÜNDƏM 09 may 2022, 17:49
Jurnalist Aytən Məmmədova naməlum şəxs tərəfindən hücuma məruz qalması ilə bağlı açıqlama verib.

Jurnalist hadisənin necə baş verməsi barədə danışıb.

Qeyd edək ki, hadisə mayın 8-i gecə saatlarında Binəqədi rayonu, Mircəlal küçəsi 11 ünvanında yerləşən binanın blokunda qeydə alınıb.

Belə ki, A.Məmmədova yaşadığı binanın blokunda liftə girən zaman bir nəfər onun arxasınca içəri daxil olub. Daha sonra həmin şəxs bıçağı jurnalistin boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə onu hədələyib, proses barədə yazmamasını tələb edib.

Hücum edən şəxs A.Məmmədovaya xəsarət yetirərək hadisə yerindən qaçıb.

Hadisə barədə Daxili İşlər Nazirliyinin “102” Zəng-Mərkəzinə müraciət edilib.

Jurnalistə qarşı hərəkətlərdə Cinayət Məcəlləsinin 134-cü (Öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsinin tərkib əlamətləri olduğundan fakta görə Binəqədi RPİ İstintaq şöbəsində cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri əməliyyat-axtarış, əməliyyat-istintaq hərəkətləri davam etdirilir.

Həmin videonu təqdim edirik:



Məlik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top