Donbasla məhdudlaşdılar: Putinin 9 may paradında Ukrayna ilə bağlı dedikləri

REGİON 09 may 2022, 14:43
Rusiya prezidenti Vladimir Putin Moskvada keçirilən paradda bildirib ki, rus qoşunları Donbasda “ vətən uğrunda vuruşurlar”.

Putin Rusiya üçün “vətənin müdafiəsinin həmişə müqəddəs olduğunu” deyib və ordu qarşısında çıxış edərək əlavə edib: “Bu günlərdə siz Donbassda xalqımız üçün, vətənimiz Rusiyanın təhlükəsizliyi üçün vuruşursunuz”.

Rusiya mətbuatının məlumatına görə, hərbi parada 11 min hərbçi cəlb olunub. Putinin sözlərinə görə, paradda Donbasdakı döyüş bölgəsindən gələn hərbçilər də var: "Hər şey onu göstərirdi ki, neonasistlərlə, Bandera ilə toqquşma qaçılmaz idi. Ukraynaya ən müasir silahlar tədarük edilirdi. Rusiya təcavüzə qabaqlayıcı cavab verdi. Bu, vaxtında edilən bir tədbir idi. Bu gün Donbas silahlıları Rusiya ordusu ilə birlikdə öz torpaqlarında döyüşür. Rusiya hərbçilərinə və Donbass silahlılarına müraciət edirəm, siz vətən üçün, onun gələcəyi üçün vuruşursunuz. Siz dünyadakı cəlladlara qarşı çıxıbsınız”. Qeyd edək ki, daha əvvəl Qərb mediası və kəşfiyyatı 9 May paradında Putinin Ukraynaya rəsmən müharibə elan edəcəyi barədə məlumat yaymışdı.(visiontv.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top