Şəmkirdə özünə xəsarət yetirən kişi xəstəxanada öldü

HADİSƏ 07 may 2022, 23:58
Şəmkirdə kişi özünə xəsarət yetirib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Xəqani küçəsində qeydə alınıb.

1968-ci il təvəllüdlü Cabbarov Arzu Sultanəli oğlu qolunun kəsilmiş-deşilmiş yarası ilə xəstəxanya yerləşdirilib.

Həkimlərin səyinə baxmayaq A.Cabbarov xəstəxanada ölüb.

Məlumata görə, həmin şəxs qolunu şüşə ilə kəsib.

Onun hansı səbəbdən özünə xəsarət yetirməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top