Məktəbli qızı xilas etməyə çalışan gömrük işçisindən xəbər var

SOSİAL 07 may 2022, 12:30
İntihar edən məktəbli qızı xilas etməyə çalışan 37 yaşlı Zahid Niyazov əməliyyat olunub.

O, Dövlət Gömrük Komitəsinin hospitalında çənə əməliyyatı keçirib.

Onun vəziyyəti orta ağır stabildir.

Z.Niyazov Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətinin əməkdaşıdır.

Qeyd edək ki, mayın 3-də paytaxtın Xətai rayonu, Qədir Məmmədov küçəsində 11-ci sinif şagirdi, 2005-ci il təvəllüdlü Xumar Babayeva özünü binadan ataraq intihar edib. Hadisə zamanı aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazov onu xilas etməyə çalışıb. Nəticədə Niyazov ağır xəsarətlər alıb.(oxu.az)



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top