Zelenski: "Rusiya "Azovstal"da insanları məhv edərsə..."

GÜNDƏM 06 may 2022, 23:08
"Əgər rus qoşunları "Azovstal" metallurgiya zavodunda insanları məhv edərsə, bu, Rusiya ilə növbəti danışıqları qeyri-mümkün edəcək".

Demokrat.az "Ukrinform"a istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimr Zelenski  deyib.

“Ukraynanın müvafiq silahları olsa, Mariupolun bloku açıla bilər. İndi şəhər tamamilə dağıdılıb".

Prezident vurğulayıb ki, belə qəddarlığa görə ilk növbədə Rusiyanın təbliğat maşını cavabdehdir.

O qeyd edib ki, Rusiya növbəti təbliğat addımı kimi mayın 9-da Mariupolda parad keçirməyi planlaşdırır.

Zelenski həmçinin bildirib ki, Rusiya dayanmasa, daha da irəli gedəcək .

Leyla
Demokrat.az



 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top