Ukraynada müharibədə ölən uşaqların sayı 223-ə çatdı

REGİON 06 may 2022, 10:14
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində indiyədək 223 uşaq ölüb, 408 uşaq güllə və qəlpə yarası alıb.

Demokrat.az xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.

Müharibə başlayandan indiyədək xəsarət alan uşaqların ümumi sayı isə 631-ə çatıb.

Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir şəhərlərində xəsarət alıb.

Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.

Bildirilib ki, Rusiya hərbi qüvvələrinin gündəlik bombardmanı və atəşi nəticəsində 1 607 təhsil müəssisəsinə ziyan dəyib, onlardan 121-i tamamilə dağılıb.

Qeyd edək ki, Rusiya bu il fevralın 24-də Ukraynaya hərbi müdaxilə edib.

Məlik
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top