Çində koronavirusa yoluxanların sayı sürətlə artır

DÜNYA 04 may 2022, 20:00
Dünyanın bəlasına çevrilən koronavirus Çində yenidən alovlanmağa başlayıb.

Demokrat.az xəbər verir ki, Çində yoluxanların sayı artaraq bu həftə üçün 16 mini keçib.

Ən çox yoluxanların olduğu Şanxay şəhəri isə "Yeni Uhan" adlandırılır.

Şanxayda artıq karantin rejimi tətbiq edilir.

Şəhərdə insanlar gündə yalnız bir dəfə qidalana bilirlər. Buna səbəb isə yemək qiymətlərinin 10 dəfəyə yaxın artmasıdır.

Malik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top