“MilliÖn” “PAŞA Holdinq”in tərkibinə keçib — “PAŞAPay” olacaq?

SOSİAL 04 may 2022, 17:39
Azərbaycanda elektron ödəniş sistemləri bazarının əsas iştirakçısı “Komtec Ltd” (MilliÖn ticarət nişanı) sahibini dəyişib. Şirkət “PAŞA Holdinq”in tərkibinə keçib.

Bu barədə “APA-Economics”ə “PAŞA Holdinq”dəki mənbədən bildirilib. Məlumata görə, şirkət artıq MilliÖn deyil, PAŞAPay olaraq fəaliyyətini davam etdirəcək.

“Komtec Ltd”dən isə “APA-Economics”in sualına belə cavab verilib: “Məsələ ilə bağlı bir neçə gündən sonra ictimaiyyətə açıqlama veriləcək”. Bununla belə, MilliÖn brendinin digər adlarla əvəzlənməyəcəyi qeyd edilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top