“Bu aksiyalar Rusiyanın Ermənistanda olan “5-ci kolonu”nun işidir” — ŞƏRH

GÜNDƏM 04 may 2022, 16:37
Xəbər verdiyimiz kimi, ötən gündən İrəvanın mərkəzində Ermənistanın Baş naziri Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirilir. 

Maraqlıdır, bu aksiyalar nə vaxtadək davam edəcək və müxalifət Paşinyanı devirə biləcəkmi?

Suallımızı cavablandıran siyasi-şərhçi Elçin Axundzadə Demokrat.az-a açıqlamasında bildirib ki, bu aksiyalar Rusiyanın Ermənistanda olan “5-ci kolonu”nun işidir. Ekspertin sözlərinə görə, Rusiya “Qarabağ klanı”na təlimat verir və müxtəlif vasitələrlə Paşinyanı Azərbaycanla sülh müqaviləsi bağlamağa qoymur:



“Ermənistan Türkiyə və Azərbaycanla sülh müqaviləsi bağlamaq və sərhədləri müəyyənləşdirmək istəyir. Onsuz da onların bundan başqa çıxış yolu yoxdur, çünki blokada qalmış bir dövlətdir. Rusiya bütün vasitələrlə çalışır ki, bunun qarşısını alsın. Çünki sülh müqaviləsi bağlanarsa, o zaman Rusiya burada artıq tərəf kimi iştirak edə bilməyəcək. Ona görə də, Cənab Prezident Brüsseldə olarkən belə bir fikir söylədi ki, biz artıq sülhə çox yaxınıq. Üçüncü tərəfin də ehtiyacı olmadan biz xarici işlər nazirləri səviyyəsində təmaslar qururuq. Təbii ki, bütün bu məsələlər Rusiyanın xoşuna gəlmir. Digər tərəfdən bir neçə ildən sonra bölgəmizdə Rusiya sülhməramlıların vaxtı qurtarır. Onların onsuz da beynəlxalq mandatı yoxdur və Azərbaycan tərk etməyə məcbur olacaqlar. Ona görə də, müxtəlif vasitələrlə “Qarabağ klanı” Paşinyanın üstünə qayıdır. Amma inanmıram ki, bu müsbət nəticələnsin. Çünki Ermənistanın xarici işlər naziri artıq Vaşinqtondadır və ABŞ-da danışıqlar keçirir. Əminəm ki, iki il bundan öncə necə ki, böyük qələbəmizdən sonra Paşinyan devirmək istəyirdilər, ancaq ABŞ və Avropa buna mane oldu, indi də bütün vasitələrdən istifadə edəcəklər ki, bu mitinqləri yatırsınlar”. 

“Ermənistan artıq məğlubiyyəti həzm edib və bunu etiraf etmək lazımdır. Ermənistan çalışır ki, həm Azərbaycanla, həm də Türkiyə ilə sülh müqaviləsi bağlasın və ticarət əlaqələrinə qoşulsunlar. Ona görə inanmıram ki, Rusiya tərəfdən dəstəklənən müxalifət  hansısa bir uğur qazansın,”- deyə analitik fikirlərini yekunlaşdırıb.

Aynurə Pənahqızı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top