KİV Putinin nüvə təhlükəsi zamanı olduğu hava komanda məntəqəsinin videosunu yaydı

REGİON 04 may 2022, 16:34
Moskva səmasında Kreml rəhbərinin ölkəni nüvə müharibəsi vəziyyətində idarə edə biləcəyi və bort nömrəsi İl-80 olan " Putinin Qiyamət günü" təyyarəsi müşahidə edilib. Müvafiq video mayın 3-də Daily Mail tərəfindən dərc edilib.

Demokrat.az xəbər verir ki, Britaniya nəşri qeyd edir ki, Ukraynadakı müharibə zamanı Rusiyanın nüvə silahından mümkün istifadə etməsi ilə bağlı xəbərlər fonunda təyyarə Moskva yaxınlığında alçaqdan uçub.

Eyni zamanda, Rusiya Federasiyasının rəsmiləri bildiriblər ki, İl-80 9 may paradında iştirak edəcək və onun hazırkı uçuşları məşq xarakteri daşıyır.

Daily Mail qeyd edir ki, Sovet dövründən qalma nəhəng təyyarə - pilot kabinəsindən başqa heç bir pəncərəsi olmayan, xalq arasında "Uçan Kreml" kimi tanınan və 2010-cu ildən bəri Qələbə Günü şənliklərində görünmür.

Qəzet vurğulayır ki, onun yenidən paradda görünməsi Putinin Qərbə xəbərdarlıq siqnalı göndərdiyinə işarə ola bilər.

İl-80 nüvə hücumu zamanı Kreml tərəfindən istifadə üçün nəzərdə tutulub və havada yanacaqla doldurula bilir.(visiontv.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top