Ceyhun Bayramov Fransa XİN rəsmisi ilə müzakirə apardı

SİYASƏT 03 may 2022, 20:48
3 may 2022-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Fransa Respublikasının Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı üzrə səfiri Bris Rokföy ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat idarəsindən verilən xəbərə görə, görüşdə Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin normallaşması prosesi və bu istiqamətdə atılan addımlar müzakirə edilib. Xüsusilə Brüssel görüşündən sonra əldə edilmiş razılaşmaların icra vəziyyəti barədə fikir mübadiləsi aparılıb.

Görüşdə, eyni zamanda regiondakı cari vəziyyət və beynəlxalq gündəlikdə duran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Demokrat.az

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top