Sabahdan Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası keçiriləcək

HƏRBİ 03 may 2022, 15:13
Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Bu barədə Demokrat.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, döyüş sursatlarının utilizasiya prosesi mayın 4-dən 7-dək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

Rza
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top