“The Yerusalem Post”: İsrail Azərbaycana xüsusi ehtiram göstərməlidir

XARİCİ SİYASƏT 03 may 2022, 08:43
Amerika Birləşmiş Ştatlarında və bir çox ölkələrdə antisemitizm rekord həddə çatdığından, İsrail Azərbaycana minnətdarlıq və ehtiram göstərməlidir.

Bu fikir İsrailin keçmiş rabitə, peyk və kibertəhlükəsizlik naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti Ayub Karanın “The Yerusalem Post”da dərc olunmuş analitik məqaləsində yer alıb.

“Təxminən 1 il əvvəl Azərbaycana səfər etdim və həm Bakıda, həm də Qırmızı Qəsəbədə Azərbaycandakı yəhudi liderlərlə görüşməkdən çox məmnun oldum. Məni qonaqpərvərliklə yanaşı, gözəl bəzəkli sinaqoqlar heyran etdi. Azərbaycan dünyada yeganə ölkədir ki, sinaqoqlar gecələr qapılarını kilidləmək məcburiyyətində qalmırlar. Azərbaycanda antisemitizm yoxdur”, - A.Kara qeyd edib.

“Ümid edirəm ki, Yəmən yəhudiləri dünyanın digər yəhudi icmaları ilə birlikdə Azərbaycanla möhkəm və dostluq münasibətləri qurmaq üçün çalışa bilərlər, çünki belə vaxtlarda biz Azərbaycana minnətdarlığımızı göstərmək üçün əlimizdən gələni etməliyik”, - o əlavə edib.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top