İsmayıllının icra başçısı bələdiyyələrə niyə tapşırıq verir?

GÜNDƏM 30 apr 2022, 14:12
Bu günlərdə İsmayıllı Rayon İcra Hakimiyyətində İƏD üzrə nümayəndə və bələdiyyələrin iştirakıyla qanunsuz tikintilərlə bağlı görüş keçirilib. Nəticə etibariylə rayon ərazisində qanunsuz tikintilərin vaxtında aşkarlanması və qarşısının alınması məqsədilə komissiya yaradılıb və ən əsası komissiyanın işinin fəaliyyəti olaraq “İƏD üzrə nümayəndə və bələdiyyələrə tapşırıqlar verilib”.

İsmayıllı RİH-nin başçısı Nahid Bağırovun səhifəsində paylaşılan məlumatdakı bu cümlə diqqətimi çəkdiyindən bu məqama münasibət bildirməyi özmə borc bildim.

Biz son vaxtlar İsmayıllı RİH-lə xüsusən də icra başçısının fəaliyyətiylə bağlı bəzi replikaları ictimailəşdirmişik. Və xoş təsadüfdən bəzi məqamlar nəzərə alınaraq İsmayıllı RİH tərəfindən buraxılmış səhvlər düzəldimişdir. Mürgü vuran məmurun şəklinin anindaca dəyişdirilməsi buna misal olaraq çəkmək olar.

Açığı düşündüm ki, icra başçısı öz sosial media səhifəsində paylaşdığı məqamlara bundan sonra daha çox diqqət yetirəcək. Ancaq təəssüflər olsun ki,yanılmışam. Yəni səhvlərə yenə yol verilir. Yəni icra baçısının səhifəsinə girişi olanlar gərək daha diqqətli olmalı, payaşılan həm şəkillərə, həm də mətnə diqqətlə yanaşmalıdırlar.

Maraqlı, həmdə ciddi mövzuda bir tədbir keçirilib. Başa düşüləndir. İcra nümayəndələri və bələdiyyə sədrləri həmin tədbirdə iştirak edib. Bəs tapşırıq kimə verilməli idi. Seçkili orqanın təmsilçisinə rayonun siyasi rəhbərinin tapşırıq vermək hüquqi varmı? Əgər siyasi rəhbəri bu vəzifəyə təyin edən ölkə başçısı imzaladığı sənədlərdə “bələdiyyələrə tövsiyə edilsin” fikrini yazırsa onda niyə icra başçısının səhifəsində paylaşılan məlumatda “bələdiyyələrə tapşırıqlar verildi” fikri yazılmalıdır.

Bu fikri yazan yoldaşlar, üstəlik icra başçısının səhifəsində paylaşanların bu məqamdan xəbəri yoxdurmu? Və yaxud bələdiyyələrin də iştirak etdiyi görüşdə bələdiyyənin heç olmasa bir probleminə toxunuldumu, deyildimi ki, İsmayıllı bələdiyyələri büdcə gəlirlərinin 30 faizədək azalmasın da RİH-in də öz payı var. Və o da deyildimi ki, gəlin bələdiyyələrin maliyyə gəlirlərinin artırılması üçün onlara da dəstək duraq.

Hər halda qanunsuz tikili göydən yaranmır. Onun da qarşısının inzibati yollarla deyil, bilavasitə rayon bələdiyyələrinə səs verən seçicinin qarşıladığı problemi operaitv şəkildə həll etməkdən keçir. Əgər sakinin hansısa müraciətinə RİH memarlıq şöbəsi aylarla və illərlə cavab vermirsə və sonda günah bələdiyyələrin üstünə yıxılırsa, demək qanunsz tikili də özbaşına yaranmır. Nə isə…

Bu hal bir çox rayonlarda baş verir. Və artıq adi hal almaqdadır. Nəticədə itirən isə bələdiyyələr və sakinlərdir.

Düşünürəm ki, icra başıçsı haqqında yazılanları oxuyub, ətrafının ona qarşı hansı niyyətdə olduğunu hiss edəcək.

Vüqar Tofiqli
“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictmai birliyinin sədri
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top