"Sumqayıtda baş verən yanğın təsadüfdürmü?!" — AÇIQLAMA

GÜNDƏM 28 apr 2022, 23:08
"Sonra da bəziləri deyir ki, ölkədə baş verən hadisələri dərin təhlil etməyin, xarici təsirlər axtarmayın, təkid edirlər ki, primitiv olaq, xor oxuyaq, hər şeyə görə eyni əzbərləri təkrarlayaq - amma, biz israrla hər dəfə daha dərin düşünməyə dəvət edəcəyik".

 Demokrat.az
xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli bu gün Sumqayıtda baş verən güclü yanğına münasibət bildirərkən deyib:

"Dünən Sumqayıtdan Ukraynaya növbəti humanitar yardım, dərman və ərzaq məhsulları göndərilib. Ərzaq məhsulları əsasən konservlərdən ibarət olub, ərzaq konservlərini "Azərsun" şirkəti istehsal edir. Bu gün isə şirkətin anbarlarında böyük yanğın olub - təsadüfdürmü?! Bilmirəm, ola bilər, amma olmaya da bilər. Çox ağır zamanda yaşayırıq, hamımız - hökumət də, müxalifət də, sivil toplum və media da daha məsuliyyətli olmalıdır. Dövlət hamımızındır, müstəqillik birgə dəyərimizdir. Müstəqil olmasaq nə iqtidar, nə müxalif olmağın heç bir önəmi, əhəmiyyəti qalmır".- o, əlavə edib.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top