Yolu keçən gənci maşın vurub öldürdü

HADİSƏ 28 apr 2022, 10:40
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Demokrat.az xəbər verir ki, Bakı Metropoliteninin “Koroğlu” stansiyasının qarşısında yeraltı piyada keçidinin yaxınlığında avtomobil Heydər Əliyev prospektini keçməyə çalışan gənci vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

İlkin araşdırmalardan sonra məlum olub ki, ölən şəxs 1993-cü il təvəllüdlü Rəsul Yusifovdur.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət işi açılıb, araşdırma aparılır.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top