Bərdədə qadına narkotik vasitə qəbul etdirib zibilliyə atdılar — VİDEO

HADİSƏ 27 apr 2022, 19:27
Bərdədə zibillik ərazisindən halsız vəziyyətdə qadın tapılıb.

“Qafqazinfo”nun məlumatına görə, qadın hələlik adı məlum olmayan şəxslər tərəfindən zibilliyə atılıb.

İlkin məlumata əsasən, onu əraziyə atmamışdan əvvəl narkotik vasitə qəbul etdiriblər. Daha sonra ataraq gediblər. Qadın xəstəxanaya yerləşdirlib.

Hadisənin hansı zəmində baş verməsi araşdırılır.

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top