Bakı metrosunda insident — İki qız tunelə düşüb qaçdı

HADİSƏ 27 apr 2022, 13:42
İki gənc qız “20 Yanvar” stansiyasının stansiya yoluna düşərək tunel istiqamətində qaçıblar. 

Bu barədə Demokrat.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. 

Bildirilib ki, dərhal “20 Yanvar-İnşaatçılar” mənzilindən yüksək gərginlik çıxarılıb. Stansiya növbətçisi və polis əməkdaşının səyi nəticəsində hər iki sərnişin yaxalanıb və təhlükəsiz şəraitdə müşayiətlə “20 Yanvar” stansiyasına çıxarılıb. Qatarların hərəkəti bərpa olunub.

Bu hadisə səbəbindən xətlərdə ümumən 6 dəqiqə yubanma yaranıb.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top